MƏKTƏBDƏ IV, VII - XI SİNİFLƏRDƏ BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏYƏ START VERİLİB.

Məktəbdə 01 iyun-13 iyun tarixlərdə ikinci yarımil üzrə Böyük Summativ Qiymətləndirməyə start verilib. Əvvəlcədən müəyyən olunmuş qrafik üzrə Böyük Summativ Qiymətləndirmə nəzarətçi müəllimlərin iştirakı ilə aparılır. Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.