Pedaqoji şuranın növbəti iclası keçirilib

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib. Sonra IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri barədə çıxış edib. Məktəbin ibtidai siniflər üzrə direktor müavini İlahə Məmmədova III–IV siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənlərindən keçirilən monitorinqin nəticələri və  IV siniflərdə Ana dili və riyaziyyat fənləri üzrə fənn müəlimləri tərəfindən keçirilən monitorinqin nəticələri barədə məruzə edib. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova nümunəvi dərslərin, qarşılıqlı dərsdinləmələrin keçirilməsi vəziyyəti barədə çıxış edib. "Rəqəmsal bacarıqlar” və "STEAM layihəsi” nin tətbiqi vəziyyəti barədə informatika müəllimi İlahə Ramazanova  məlumat verib. Məktəbin direktoru şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində işin təşkili barədə çıxış edib. Müəllimlərə bu barədə öz tövsiyələrini verib. Nazimə Zeynalova I-XI siniflərdə proqram materiallarının yerinə yetirilməsi vəziyyəti  haqqında danışıb. Təşkilatçı İradə İsmayılzadə Uşaq Birliyi Təşkilatının fəaliyyəti barədə çıxış edib. Problemləri kollektivin diqqətinə çatdırıb. Pedaqoji şurada məktəbin biologiya müəllimi Minayə Əliyeva öz   metodikası barədə danışıb. Kollektiv Minayə Əliyevanın qabaqcıl təcrübəsi ilə tanış olub. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi