Məktəbimizdə “Ailə-məktəb” layihəsi çərçivəsində “Yusif Allahverdiyev və partnyorları “ Vəkil Bürosu şagirdlərin hüquq maarifləndirilməsi ilə bağlı görüş keçirib

Məktəbimizdə “Ailə-məktəb “münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin ,əxlaq şüurunun formalaşdırılmasına ,uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirilməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təşəbbüsü ilə şagirdlərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbir şagirdlərin fəal iştirakı ilə müzakirə şəklində davam etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.