"Hüquqlarımızı tanıyaq " adlı dəyirmi masa keçirilib

Məktəbin Azərbayan dili və ədəbiyyatı müəllimi Bağırova Təranənin təşkilatçılığı və 7"B"sinif şagirdlərinin iştirakı ilə “Mütaliə etdiyimiz əsərlərdə milli mənəvi dəyərlərimiz” mövzusunda müzakirə keçirilib .Müəllim dərsdə milli - mənəvi dəyərlərimizi qoruyaq və gələcək nəsillərə çatdıraq mövzusunda maarifləndirici söhbət aparıb. Şagirdlər mütaliə etdiyi əsərlərdəki obrazlara münasibət bildiriblər. Müəllim diqqəti, xüsusən, davranış qaydalarına, böyüklərə hörmət, onların yoldaşları ilə rəftarına, uşaq hüquqlarına yönəldib. Şagirdlər oxuduqları əsərlərdən epizodlar danışıblar. Davranış qaydalarına aid nəsihətamiz hekayətlərdən nümunələr gətiriblər. Şagirdlər müzakirələr zamanı mütaliənin onların tərbiyəsinə,davranışına müsbət təsirini qeyd ediblər.