28 MAY MÜSTƏQİLLİK GÜNÜDÜR

Məktəbin İngilis dili müəllimi Nərminə Tağıyevanın təşkilatçılığı ilə 28 May Müstəqilik Gününə həsr olunmuş tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şagirdlər müstəqillik, torpaq, bayraq uğrunda canından keçən qəhrəman oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Nərminə müəllim çıxışında bildirib ki, Müstəqillik Günü artıq işğaldan azad olunan torpaqlarda da qeyd olunur. Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qürurla qeyd edir. Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Sonra şagirdlər ingilis dilində 28 May Müstəqillik Gününə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Tədbirdə məktəbin müdiriyyəti iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi