ŞAGİRDİMİZ “KİÇİK AKADEMİYA “TƏQDİMATLARI KONFRANSINDA İŞTİRAK EDİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi BŞTİ-nin əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə il ərzində iki dəfə “Kiçik Akademiya” təqdimatları” adlı rayon konfranslarının keçirilməsi nəzərdə tutulub.Məktəbimizin 11"A" sinif şagirdi Məcidli Tural “Kainatın başlanğıcı -Atom”mövzusunda konfransda çıxış edib.Turala bu yaradıcı fəaliyyətində uğurlar arzulayırıq.