Məktəbdə əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova ilə görüş keçirilib

Məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyyə Əhmədova ilə şagirdlərimizin görüşü olub. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gəlib.Tarix müəllimlərimizin də dəstəyi ilə çox maraqlı ,interaktiv bir görüş olub. F.Əhmədova özünün məktəb illəri, tarix fənninə olan sevgisi, gənclik və tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb. Şagirdlərimiz məktəbimizin fəxri qonağına suallar ünvanlayıblar. Dəyərli qonağımız, professor Firdovsiyyə xanım şagirdlərin suallarını faktlarla,əsaslandırılmış şəkildə cavablandırb. Daha sonra qonaq Heydər Əliyev Fondu tərəfindən ərsəyə gələn orta əsr Azərbaycanın feodal dövlətlərinin rəqabəti haqqında “Şirvanşahların yüksəlişi” adlı tarixi-iqtisadi oyununu və yazıçı, tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Poladın “Üç min ilin hikməti” kitabını məktəbə hədiyyə edib.Şagirdlər görüşdən böyük təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi