ŞAGİRDLƏRİMİZ İÇƏRİŞƏHƏRDƏ EKSKURSİYADA OLUBLAR.
Tədris fəaliyyətində sinifdənxaric işlər və məktəbdənkənar tədbirlərin keçirilməsi hər bir şagirdin fərdi qabiliyyətini, bacarıq və istedadını əhəmiyyətli dərəcədə inkişaf etdirir, yaradıcılıq potensialını artırır, elmi dünyagörüşü və fəal həyat mövqeyini məqsədyönlü şəkildə formalaşdırır.
Məktəbimizdə "Dəyərlərimizi qoruyaq"layihəsinin icrası ilə bağlı və Tədbirlər planının 8.1 bəndinə əsasən ibtidai sinif müəllimi Sevinc Məcidovanın təşkilatçılığı ilə 2"B" sinfinin şagirdləri İçərişəhərdə ekskursiyada olublar.
Şagirdlər Qız qalasında olub, təlim prosesində aldıqları informasiyaları bir daha vizual şəkildə görüb, vaxtlarını şən və səmərəli keçiriblər