Şagirdlərimiz Heydər Əliyev Mərkəzində olublar

Məktəbin müəllimləri Təranə Bağırova, Leyla Mənsimli, İlahə Ramazanovanın təşkilatçılığı ilə 7 "A" və 7 "B" sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiyada olublar. Şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiya bölmələri ilə tanış olublar. Mərkəzdə şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib. Şagirdlər mərkəzdən Ulu Öndər şəxsiyyətinə böyük sevgi və ehtiramla ayrılıblar. Dahi şəxsiyyət hər dəfə təhsil müəssisələrində olarkən demişdir: "Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik..."