“İmtahan qorxusu nədir?” adlı maarifləndirici söhbət aparılıb

Məktəbdə psixoloqlar Gülsənəm Bayramlı və Gültəkin İkəndərovanın təşkilatçılığı ilə 9-cu sinif şagirdləri ilə "İmtahan qorxusu nədir?" adlı maarifləndirici söhbət aparılıb. Görüşdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova şagirdlərin diqqətinə Ulu Öndər Heydər Əliyevin bu kəlamını çatdırıb "Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır". Şagirdlərə bildirib ki, imtahan qorxusu zəif hazırlaşmaqdan irəli gəlir. Bunun üçün imtahana  hazırlaşmaq lazımdır. Bu qorxunu özünüzdən  uzaqlaşdırmaq üçün yaxşı  hazırlaşmalısınız. Məktəbin psixoloqu Gülsənəm Bayramlı öz çıxışında həyəcanı atmanın yollarını qeyd edib. Nəfəs texnikaları ilə şagirdləri tanış edib. İmtahan həyəcanını azaltmağın yolları, imtahandan əvvəl qidalanma ilə bağlı danışıb. Onlara tövsiyə edib ki, imtahan zamanı diqqətinizi maksimum toplayın, ən çətin sualları sona saxlayın, asan suallardan başlayın və uğur əldə edəcəksiniz. Sonda  mövzu ilə bağlı slaydlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi