Aprel döyüşləri Şanlı Qələbəmizin başlanğıcıdır

Məktəbin Çağırışaqədərki Hazırlıq müəllimi Nürəddin Qasımov və Tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə "İgidlərimizin yazdığı şanlı tarix" mövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edən şagirdlər ilk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Müəllimlər bildiriblər ki, tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək elə həyatın daha şərəfli bir formada davamıdır. Bu səbəbdən də Azərbaycana göz dikib onu istila etmək istəyənlərin arzuları həmişə gözlərində qalıb. Sonda şagirdlər Aprel döyüşlərində şücaət göstərmiş əsgərlərin qəhrəmanlıqlarını əks etdirən videoçarxı izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi