Mart Soyqırımı xalqımızın qan yaddaşıdır

Məktəbdə bütün siniflərdə birinci saatlar “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda dərs keçirilib. Müəllimlər dərsdə soyqırımın tarixi, baş verdiyi bölgələr, faciə qurbanları haqqında məlumat veriblər. Şagirdlər soyqırımı törədən ermənilərin öz məkrli planlarını bolşeviklərin əli ilə həyata keçirdiklərini öyrəniblər. Şagirdlərə bildirilib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi