Azərbaycan Milli Konservatoriyaya ekskursiya

Məktəbin 8 "B" sinif şagirdləri məktəbin müəllimləi Zenfira Abdullayeva və Ofelya Cəfərovanın təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ekskursiyada olublar . Şagirdlərimiz Məmmədəli Məmmədovun emalatxanasında Azərbaycanın qədim milli alətləri haqqında öyrəniblər. Məmmədəli müəllim hər bir musiqi aləti haqqında şagirdlərə həvəslə geniş məlumat verib. O cümlədən milli mənəvi dəyərlərimizə hörmətlə yanaşmağı, dəyərlərimizi qorumağı, onlara yüksək qiymət verməyi tövsiyə edib. Hətta şagirdlər Musiqi Milli Konservatoriyasında Azərbaycan musiqisinə, onun milli dəyərlərinə və alətlərinə yüksək qiymət verən amerikalı Ceferi Verbokla tanış olublar. Şagirdlərimiz ekskursiyadan böyüh ruh yüksəkliyi ilə qayıdıblar.