"Dəyərlərimizi qoruyaq" adlı tədbir keçirilib

"Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı Tədbirlər planının 6.1.bəndinə əsasən məktəbimizdə "Dəyərlərimizi qoruyaq" adlı tədbir təşkil olunub. Hər bir xalqın dili, dini, milli geyimləri, adət ənənələri, musiqisi olduğu kimi bizim də özümüzün mili dəyərlərimiz var. Ulu Öndər Heydər Əliyevin dediyi kimi" Biz özümüz milli dəyərlərimizlə fəxr edirik". Keçirilən tədbirdə məktəbin təşkilatçısı İradə İsmayılzadə milli musiqimiz haqqında ətraflı məlumat verib. Musiqi əsərlərindən fraqmentlər dinlənilib. Tədbirin sonunda məktəbin istedadlı şagirdlərindən ibarət olan ansambılın üzvləri şagirdlər qarşısında çıxış ediblər.