Fəxri xiyabanda

Dünya mədəniyyətində öz dəst - xətti ilə seçilən Azərbaycan xalqı əsrlər boyu bəşər sivilizasiyasına qüdrətli dühalar, şəxsiyyətlər bəxş etmişdir. Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş bu insanların bir qismi Bakının dağlıq hissəsində yerləşən Fəxri xiyabanda doğma torpağa tapşırılmışdır. 2003-cü il dekabrın 15-də dünya azərbaycanlılarının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın əbədiyaşar övladı Heydər Əliyev Fəxri xiyabanda canı qədər sevdiyi Vətən torpağına tapşırılmışdır. O vaxtdan bəri milyonlarla insan, o cümlədən Azərbaycana rəsmi səfər edən dövlət və hökumət başçıları, nüfuzlu nümayəndə heyətləri, həmçinin Vətənə gələn xaricdəki soydaşlarımız Ulu Öndərin xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət etmişlər. Bu gün məktəbimizin də bir qrup şagirdi (5 "A" və 6 "B" sinif şagirdləri) Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub, dahi liderə ehtiramlarını bildiriblər.