"Dördün işarəsi" əsərinin müzakirəsi olub

Məktəbin Rus dili və ədəbiyyatı müəllimi İsayeva Dilarə 8 "Ç" sinfində nümunəvi dərs verib. Dərsin mövzusu Artur Konann Doylının "Dördün işarəsi" əsəri olub. Əvvəlcə şagirdlər sinifdənxaric oxu kimi verilmiş əsərin məzmunu üzrə müzakirə aparıb, sonra əsərdəki obrazlara, əsərin ideyasına və bədii xüsusiyyətlərinə münasibət bildiriblər. Sonra əsərdəki bəzi sözlərin mənası lüğətin köməyi ilə öyrənilib. Aparılan tədqiqatların təqdimatı olub və şagirdlər həm fərdi, həm də qrup şəklində qiymətləndirilib. Dərsdə məktəb rəhbərliyi iştirak edib.