Ömürdən anlar

   Azərbaycan dəyərlərə sahib olan bir ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətimizin əsas qayəsidir. Bu gün Heydər Əliyevin adını daşıyan Mərkəz müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib.

   2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı məktəbimizin tədbirlər planının 3.2 bəndinə əsasən  5 " A" və 6 "B" sinif şagirdləri sinif rəhbərləri Sahilə Allahverdiyeva və Həcər Bəşirovanın təşkilatçılığı ilə bu möhtəşəm Mərkəzdə olublar. Şagirdlərin maraqlarına səbəb olan suallar cavablandırılıb. Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıdığı bildirilib. Şagirdlər onu da öyrəniblər ki, binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.

   Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyi şagirdlərimizin maraqlı suallarının çavab nöqtəsi olub. Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, nümayiş etdirilən eksponatlar siyahısındadır. Şagirdlər Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zalda da olublar. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalı olub.

   Beləliklə, şagirdlərimiz Heydər Əliyev Mərkəzindən xoş təəssratla qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi