Şagirdlərimiz İçərişəhərdə ekskursiyada olublar

"Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı Tədbirlər planının 8.1 bəndinə əsasən 9 "C" sinfin rəhbəri Cəmilə İsmayılovanın təşkilatçılığı ilə şagirdlərimiz İçərişəhərdə ekskursiyada olublar. Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Şagirdlər köhnə Bakının küçələrində gəzib, Novruz festivalında iştirak ediblər. Daha sonra Qız qalasındakı tarixi eksponatlarla tanış olublar. Ekskursiya şagirdlərin marağına səbəb olub.