İbtidai siniflərdə Novruz bayramı qeyd olunub

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz. Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrində də böyük sevinc və maraq hissi ilə qarşılanır. Məktəbin ibtidai sinif müəllimləri və 11 "A" sinif şagirdlərin təşkilatçılığı ilə Novruz bayramı keçirilib. Milli geyimli şagirdlərin ifasında rəqs nömrələri göstərilib. Kosa ilə Keçəlin məzəli rəqsləri şagirdlərdə yazla qışın görüşü təəssuratını yaradıb. Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirilib.