"Mənəvi dəyərlərimizi yaşadaq" adlı dəyirmi masa keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əkbərova Aygünün təşkilatçılığı 9 "B" sinfinin iştirakı ilə "Mənəvi dəyərlərimizi yaşadaq" adlı dəyirmi masa keçirilib. Tədbirdə şagirdlər Azərbaycan xalqının mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərlərimiz- dilimiz, dinimiz, musiqimiz, bayramlarımız, əxlaqi dəyərlərimiz mövsunda maraqlı təqdimatlar ediblər. Ümummilli lider Heydər Əliyev və İlham Əliyevin mənəvi dəyərlərimizin qorunması və təbliği yolunda keçirdikləri islahatlar qeyd olunub, Xarıbülbül festivalı, Novruz adətləri haqqında videoçarxlar nümayiş olunub.