Məktəbdə metodbirləşmə rəhbərləri ilə görüş keçirilib

Məktəbdə məktəb direktoru, direktor müavinlərinin iştirakı ilə metodbirləşmə rəhbərləri ilə görüş keçirilib.Məktəbin direktoru Kəmalə Qədirova metodbirləşmə rəhbərlərinə tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tapşırıqlar verib. Eyni zamanda böyük summativ qiymətləndirmə materiallarının hazırlanması barədə müzakirə olub. Metodbirləşmə rəhbərləri öz təkliflərini veriblər.İbtidai siniflərdə keçirələcək məktəbdaxili monitorinq materiallarının standartlar əsasında hazırlanması qeyd olunub. Məktəb direktoru məktəbdə keçirilən nümunəvi dərslərin müzakirəsinin təşkilini, müəllimlərə metodik tövsiyələrin verilməsini tapşırıb.Qarşılıqlı dərsdinləmələrin keçirilməsini, gənc müəllimlərə metodik dəstək olunmasını bildirib.
Metodbirləşmə iclasında direktor müavini Nazimə Zeynalova həmmüəllifi olduğu “İdrak fəallığı və onun həyata keçirilməsi yolları” metodik vəsaitini metodbirləşmə rəhbərlərinə təqdim edib. Bildirib ki, metodik vəsait BDU -nun Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurasının qərarı ilə çap olunub.Metodik vəsait təlim prosesində şagirdlərin idrak fəallığının artırılması məsələlərinə həsr olunub. Müəllimlər təlim prosesini daha səmərəli qurmaq üçün vəsaitdən faydalana bilərlər.