“Qrammatik tapşırıqlar” mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahilə Allahverdiyeva 5 ”A” sinfində “Qrammatik tapşırıqlar” mövzusunda ümumiləşdirici təkrara aid nümunəvi dərs keçirib. Dərsdə İKT-dən istifadə etməklə verilmiş mətn üzərindən şagirdlər tapşırıqları çox səliqəli düzgün şəkildə həll edib. Daha sonra şagirdlərə iş vərəqləri və testlər paylanıb. Şagirdlər onlara ayrilan vaxtdan səmərəli istifadə edərək təqdiqatlar apararaq, səliqəli şəkildə ardıcıl olaraq təqdimatlar ediblər. Dərsin gedişi zamanı fərdi olaraq fəallıq göstərən şagirdlər qiymətləndirilib. Dərsin sonunda qruplar üzrə qiymətləndirmə aparılıb. Qrupların qiymətləndirilməsi zamanı meyarlara əsaslanılıb. Dərs şagirdlərdə dilimizin zənginliyinə olan marağı daha da artırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi