Ədəbiyyat fənnindən nümunəvi dərs keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bağırova Təranənin 7 "B" sinfində ədəbiyyat fənnindən Süleyman Sani Axundovun “Nurəddin” hekayəsinin təhlili olub. Müəllim şagirdlərə obrazların təhlili üzrə iş vərəqləri verib. Qruplar verilən tapşırıq üzrə təqdimatlarını ediblər. Hekayədə olan obrazlara öz münasibətlərini, eyni zamanda yazıçının münasibətini bildiriblər. Hekayənin ideyasını müəyyənləşdiriblər. Müəllim təlim nəticələrinə uyğun qiymətləndirmə aparıb.