Müəllimlərin emosional vəziyyəti öyrənilib

Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova müəllimlərlə görüşərək müəllimlərdə professional emosional yanma sindromunun diaqnostikası məqsədilə "Boyko" metodik sorğusunu keçiriblər. Nəzərinizə çatdıraq ki, emosional yanma sindromu elmə ilk dəfə 1974-cü ildə Amerika psixiatrı Gerberd Freydenberger tərəfindən gətirilmişdir, başlıca səbəbi stressdir. Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. İnsan daxilində bir boşluq hiss edir. Sorğunun nəticələrinə əsasən müəllimlərlə maarifləndirici söhbət təşkil olunub.