Nümunəvi dərs

Bu gün məktəbimizin 6 "B" sinfində ədəbiyyat fənnindən Cabir Novruzun “Mən bütün anaları günəşlə tən tuturam” şeri əsasında nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi şagirdlərin ifadəli oxu vərdişlərinin yüksəldilməsi, əsərin mövzu və ideyasının müəyyənləşdirilməsi və söylənilən fikirlərin faktlarla dəyərləndirilməsi olub. Fəallıq göstərən şagirdlər dərsin bir neçə mərhələsində təlim məqsədlərinə uyğun olaraq müəllim tərəfindən həm qrup, həm də fərdi şəkildə qiymətləndirilib. Şagirdlər çox fəallıq göstərərək, bu qənaətə gəliblər ki, şeir təsviredici xarakter daşıyır. Şeirdən ananın portretinin yaradılması, müəllif hisslərinin təsviri, oxucunu təsvir edilən məkana aparmaq üçün kifayət qədər məlumat almaq mümkün olub. Zəfər Günü qürurla ön plana çəkilib, Vətən üçün canından keçən şəhidlərimiz yad edilib, onları dünyaya gətirən, onlara bu cür tərbiyə verən anaların adına alqışlar söylənilərək həyat hadisələri ilə birbaşa əlaqələndirilib. Sonda anaların ən uca ada layiq tutulması şagirdlər tərəfindən birmənalı söylənilib. Bütün arzu-kamı qəlbimizdə qərar tutmuş, könlünün o həzin laylasına qurban olduğumuz analarımızın bizim həyatımızda çox böyük yeri olduğu qeyd olunub.
Nümunəvi dərsdə məktəbin müdiriyyəti və pedaqoji kollektivin nümayəndələri iştirak ediblər.