“Zəfər nəğməsi” əsərinin müzakirəsi keçirilib

   Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bağırova Təranənin təşkilatçılığı və 7 "B" sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüş olub. Görüşdə yazıçının “Zəfər nəğməsi” əsərinin müzakirəsi keçirilib. Şagirdlər Mübariz İbrahimov, Cəbrayıl Dövlətzadə, Xudayar Yusifzadə haqqında olan hekayələri müzakirə ediblər. İkinci Qarabağ müharibəsinin Azərbaycan xalqına zəfəri yaşadan qəhrəman oğullarının şücaətindən danışıblar. Sonda şagirdlər Sevinc Nuruqızına suallarını veriblər. Görüşdə məktəb müdiriyyəti, kitabxanaçılar, müəllimlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi