Müəllifin iştirakı ilə keçirilən dərs

Şagirdlərinin mütaliəyə olan həvəsini, marağını artırmaq məqsədilə 2 “B” sinif müəllimi Sevinc Məcidova Qarabağ mövzusunda yazılmış “Bəyaz və Cubbulu” mətni üzrə keçdiyi dərsə əsərin müəllifi Sevinc Nuruqızını dəvət etmişdi. Fərqli formada keçirilən bu dərs şagirdlərin çox xoşuna gəlmişdi.
Uşaqlar mətnə uyğun hazırladıqları əl işlərini müəllifə təqdim etmiş, kitablarını imzalatmışlar.
Sevinc Nuruqızı da öz növbəsində bu maraqlı dərsə görə müəllim Sevinc Məcidovaya və şagirdlərlərə təşəkkür etmişdi.