Şagirdlərimiz Bakı Dövlət Peşə Mərkəzində "Açıq qapı" günündə iştirak etmişdilər

Şagirdlərimiz məktəbin psixoloqu Gültəkin İskəndərova və peşəyönümü üzrə koordinatoru Gülsənəm Bayramlının iştirakı ilə 10 mart 2023-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilmiş "Açıq qapı" günündə iştirak etmişdirlər. Tədbirdə əsasən sənaye, texnologiya, emal, tikinti kimi sahələri əhatə edən ixtisaslara dair maarifləndirmə aparılıb, peşə təhsili ilə bağlı karyera məsləhəti verilib.