"Xalqa həsr edilmiş ömür" adlı şeir müsabiqəsi keçirilib

Məktəbdə II-VIII sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Xalqa həsr edilmiş ömür” adlı şeir müsabiqəsi keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, şagirdlərin əsl vətəndaş kimi yetişdirilməsində, onlara milli mənəvi və ümumbəşəri dəyərlərin aşılanmasında Azərbaycan dili böyük rol oynayır. Bu dil müstəqil ölkəmizin milli silahıdır, dünyadakı soydaşlarımızla ünsiyyət vasitəmizdir. Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək demişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Şagirdlər Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən dinlənildikdən sonra qaliblər müəyyən olunub. Fəxri fərmanla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi