İdmançıların yarışa hazırlığı barədə psixoloji söhbət keçirilib

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş bir həftəlik idman proqramına hazırlıq məqsədilə məktəbdə maarifləndirici söhbət keçirilib. Məktəbin psixoloqları Gülsənəm Bayramlı, Gültəkin İskəndərova və fiziki tərbiyə müəllimləri Mürsəlov Aslan, Abbasov Rauf, Quluzadə Toğrul idman həftəsi ərzində aparılacaq  yarışlar barədə şagirdlərlə fikir mübadiləsi ediblər. Görüşdə məktəbdə təcrübədə olan tələbələr də iştirak edib. Tələbələrdən yunan Roma güləşi üzrə Avropa çempionu, beynəlxalq turnirlərin qalibi və 4 qat Azərbaycan çempionu olmuş Rauf Əliyev yarışdan əvvəls pixoloji cəhətdən necə hazırlaşdığı barədə öz təcrübələrini şagirdlərlə bölüşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi