Məktəbdə "Xocalı faciəsi heç vaxt unudulmayacaq"

Məktəbdə Rus dili və ədəbiyyatı müəllimi Əlyarbəyova Aytəkinin təşkilatçılığı ilə 6 "E" sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Tədbir həmin gecə qətlə yetirilən qurbanların xatirəsin bir dəqiqəlik sükütla anılması ilə başlandı. Müəllim şagirdləri soyqırım haqqında geniş məlumatlandırdı, onlara erməni qəddarlığı və vandallığı haqda danışaraq bu haqda çəkilmiş sənədli filmi təqdim etdi. Sonda Xocalı faciəsi şagirdlərin gözü ilə təqdimatları izlənildi.