Xocalı soyqrımı - XX əsrin faciəsidir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Güləbətin Məhərrəmovanın təşkilatçılığı ilə 6 “A” və 5 “B” sinif şagirdlərinin iştirakı ilə “Xocalı soyqırımı - XX əsrin faciəsidir” adlı tədbir keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllim şagirdlərə əsrin faciəsi haqqında məlumat verib. Müəllim çıxışında bildirib ki, Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Sonda faciəni özündə əks etdirən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi