“Ana harayı” abidəsi ziyarət edilib

Məktəbin ana dili və ədəbiyyatı müəllimi Sahilə Allahverdiyeva 5 ”A” sinif şagirdləri ilə Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib. XX əsrin ən böyük faciəsi olan, erməni faşistləri tərəfindən törədilən Xocalı soyqırımı haqqında şagirdlər məlumatlandırılıb. Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Xocalıya və xocalılara həsr olunmuş şeirlər söyləyib, faciədə həlak olanlar haqqında, günahsız dinc əhaliyə qarşı edilən vəhşətlərdən böyük hüznlə söhbət açılıb. Tarixin ən ağır fəlakəti, insanlığa və millətimizə qarşı edilən bu vəhşillik pislənib. Edilən ziyarət uşaqlarda düşmənə qarşı nifrəti və vətənpərvərlik hissini daha da artırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi