Dördüncü siniflər arasında "Breyn - Rinq" keçirilib

Məktəbdə riyaziyyat-informatika aylığı çərçivəsində informatika müəllimi Qurbanova Bənövşənin təşkilatçılığı ilə 4-cü siniflər arasında informatika fənnindən “Breyn-Rinq” keçirilib. Əyləncəli oyun üç komandadan təşkil olunmuşdu. Şagirdlər verilən suallara qoyulan dəqiqələr ərzində cavab verməyə çalışaraq, qalib olmaq üçün yarışdılar. Sonda 4 “D” sinfinin “Znatoki” komandası qalib gəldi. Oyunun yekununda qalib komandanın üzvləri fəxri fərmanla təltif olundular.