İbtidai siniflərdə Ana Dili Günü qeyd olunub

Məktəbin ibtidai siniflərində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə "Ana dilim kimliyim" mövzusunda tədbirlər keçirilib. Həm rus, həm də azərbaycan bölməsində təhsil alan şagirdlərin ifasında ana dili ilə bağlı şeirlər söylənib, mahnılar oxunub, videoçarxlar nümayiş olunub. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.