Məktəbdə valideyn iclası keçirilib

Məktəbdə I–XI sinifdə oxuyan şagirdlərin valideynləri ilə iclas keçirilib. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. Valideynlər birinci yarımilin qiymətləri ilə tanış olublar. İkinci yarımildə şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında danışılıb. Məktəb – şagird - müəllim - valideyn münasibətlərinin düzgün qurulması barədə fikir mübadiləsi edilib. VIII-IX siniflərdə biologiya müəllimləri valideynlərlə reproduktiv sağlamlıq barədə danışıblar. Müəllimlər bildirib ki, dünya pedaqoji praktikasında şagirdlərə vaxtında zəruri məlumat vermək təcrübəsi geniş yayılıb. Sinif saatlarında vaxtaşırı şagirdlərlə bu barədə maarifləndirici söhbətlər  aparılır. Sonra valideynlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi