“Əyləncəli Riyaziyyat”

Məktəbdə riyaziyyat aylığı ilə əlaqədar olaraq məktəbin riyaziyyat müəllimləri Zenfira Abdullayeva və Aygün Hüseynovanın təşəbbüsü ilə 5 "A " və 5 "B" sinif şagirdləri arasında "Əyləncəli Riyaziyyat" adlı viktorina keçirilib. Viktorinada şagirdlərin riyazi intelekt səviyyələri, çevik düşüncələrinin yoxlanılması əsas götürülüb. Keçirilən yarışmada şagirdlər böyük fəallıq göstəriblər. Yarışmada iştirak edən məktəb rəhbərliyi və müəllimlər şagirdlərin bilik və bacarığını yüksək qiymətləndiriblər. Hər iki sinfin şagirdləri diplomla mükafatlandırılıb. 5 "A" sinfi 1-ci, 5 "B" sinfi isə 2-ci yerə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi