“Riyazi biliklər” adlı yarışma keçirilib

Məktəbin riyaziyyat aylığı çərçivəsində riyaziyyat müəllimi Əliyeva Firuzə 6 "B" sinif şagirdlərinin iştirakı ilə “Riyazi biliklər” adlı yarışma keçirib. Məqsəd şagirdlərin riyazi bacarığını, məntiqi təfəkkürünü yoxlamaq olub. Yarışmada bütün sinif şagirdləri iştirak ediblər. Əvvəlcə sinif 3 qrupa bölünüb. Hər şagirdə suallar verməklə hər qrupdan finala bir nəfər çıxıb. Sonra 3 finalistin hər birinə 5 sualdan ibarət final sulları verilib. Sonda Qafarova Aysu I yerə, Abdullayev Ramiz II yerə, İsgəndərli Leyla III yerə layiq görülüb və diplomlarla təltif olunublar. Bu yarışda uşaqlar 5 - 6-cı siniflər riyaziyyat fənnindən keçirilən mövzulara dair sualları cavablandırıblar. Tədbirdə məktəbin riyaziyyat müəllimləri iştirak ediblər.