Şagirdimizin uğuru
Məktəbin 11 “Ç” təmayül sinfinin şagirdi Ələkbərli Toğrul AMO beynəlxalq riyaziyyat olimpiadasından həm gümüş medal qazanmış, həm də Sinqapurda keçiriləcək SİMOC 2023-də yarışmağa dəvət almışdır. Şagirdimizin uğuruna sevinir, təbrik edirik, daha böyük qələbələr qazanmağını arzulayırıq.