Məktəbdə OCEP layihəsi çərçivəsində tədbir keçirilib

Məktəbdə Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək layihə çərçivəsində görülən işlərdən, şagirdlərimizin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb. Şərq döyüş növləri üzrə 5-qat dünya çempionu, "Respublikanın Əməkdar Məşqçisi" Asif Sayadov iştirakçılara özü haqqında məlumat verib. İdman sahəsində olan uğurlarından danışıb.Sonra məktəbin idman zalında keçirilən yarışda məktəbimizin idmançıları və Asif müəllimin yetirmələri respublika çempionları Şəhanə Lütfəliyeva, Ləman Əsgərli, Turan Əlizadə, Murad Məhərrəmov, Aqşin Əlizadə öz məharətlərini nümayiş etdiriblər. Asif Sayadov idman müəllimlərinə öz tövsiyələrini verib, idman sahəsi üzrə şagirdlərin verdikləri sualları cavablandırıb. Sonda tədbir iştirakçıları kollektiv olaraq xatirə şəkli çəkdiriblər