MƏKTƏBDƏ “HEYDƏR ƏLİYEV MƏKTƏBİ” ADLI DƏYİRMİ MASA KEÇİRİLİB

Məktəbimizdə Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tarix müəllimi Leyla Mənsimovanın təşkilatçılığı ilə “Heydər Əliyev məktəbi” adlı dəyirmi masa keçirilib. Şagirdlərə Ulu öndərin həyat yolundan, dövlət quruculuğunda apardığı uğurli siyasətdən danışılıb. Müəllim sonda bildirib ki, Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.