Pedaqoji şuranın növbəti iclası keçirilib

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib. Təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova VI-XI siniflərdə fizika, biologiya və VI-IX siniflərdə həyat bilgisi, VII-XI siniflərdə kimya fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi barədə təhlili pedaqoji kollektivin diqqətinə çatdırıb. Eyni zamanda V-IX siniflərdə təsviri incəsənət, musiqi, texnologiya, V-XI siniflərdə fiziki tərbiyə, X-XI siniflərdə çağırışaqədərki hazırlıq fənlərinin tədrisi vəziyyəti barədə də məlumat verib. Dərsdənkənar məşğələlərin, dərnəklərin və fərdi təhsilin, günüuzadılmış qrupun tədrisi, məktəbəhazırlığın təşkili vəziyyətinin öyrənilməsi ilə bağlı məruzə edib. Məktəbin direktoru Kəmalə Qədirova Böyük summativ qiymətləndirmənin aparılması və nəticələri, fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri barədə danışıb. Pedaqoji şurada məktəbin informatika müəllimi İlahə Ramazanova “STEAM” və “Rəqəmsal bacarıqlar” layihələri tətbiq olunan siniflərin fənlər üzrə təhlili barədə çıxış edib. Məktəbin psixoloqu Gülsənəm Bayramlı məktəbdə psixoloji xidmətin təşkili vəziyyəti məlumat verib. Təranə Bağırova məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın fəaliyyəti barədə hesabat verib. Sonra Nazimə Zeynalova birinci yarımilin yekunları və ikinci yarımildə qarşıda duran vəzifələr haqqında danışıb. Sonda təsərüffat işləri üzrə direktor müavini Vilayət Hüseynov məktəb inventarlarının qorunması vəziyyəti haqqında hesabat verib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.