“İnternet əsri olsa da, internetin əsiri olma!”

    Məktəbdə psixoloqlar Gülsənəm Bayramlı və Gültəkin İskəndərova vı,vıı,vııı sinif şagirdlərinin iştirakı  ilə “İnternet əsri olsa da, internetin əsiri olma!” mövzusunda psixoprofilaktik iş aparıblar. Onlar qeyd ediblər ki, internet-asılılıq-psixi pozuntu, daima internetə bağlanmaq arzusu və vaxtında internetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. Belə ki, internet asılılığı bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına daxil edilməmişdir. Profilaktik iş zamanı internet-asılılığının 5 tipini, asılılığın psixoloji xüsusiyyətlərini və yarada biləcək nəticələri haqqında məlumat vermişlər. Daha sonra şagirdləri zərərli informasiyadan qorumaq məqsadilə sosial şəbəkələrdən istifadə zamanı nələrə diqqət etməyin vacib olduğunu qeyd ediblər. Mövzu ilə bağlı şagirdlər öz fikirlərini bildiriblər. Sonda şagirdlərə mövzu ilə bağlı təqdimat nümayiş etdirilib, onları maraqlandıran suallar psixoloqlar tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi