OCEP LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YARIŞ KEÇİRİLİB

Məktəbimizdə OCEP lahiyəsi çərçivəsində 5-ci siniflər arasında “Şən startlar” yarışı keçirilib. Yarış idman festivalında olduğu kimi maraqlı göstərişlə başlayıb. Yarışdan öncə məktəbimizin müxtəlif idman növü ilə məşğul olan şagirdləri, məşğul olduqları idman növü üzrə öz məharətlərini göstəriblər. Daha sonra yarışa start verilib və 5"Ç" sinfi yarışın qalibi olub. Qalib komanda kubok və diplomla mükafatlandırılıb. Yarış komandalar arasında böyük ruh yüksəkliyi ilə keçirilib.