“ÖLÜMÜ ÖLDÜRƏN XALQ” ADLI DƏYİRMİ MASA KEÇİRİLİB

   Şəhla Gündüzün rəhbərliyi ilə məktəbimizdə uzun illərdən bəri fəaliyyət göstərən "Kimlik"şagird studiyasının üzvləri 20 Yanvar münasibətilə dəyirmi masa arxasında "Ölümü öldürən xalq" mövzulu  növbəti "Vətən dərsi"ni keçdilər. Şagirdin ziyalıya, övladın valideynə, balacanın böyüyə keçdiyi bu bənzərsiz, orijinallığı ilə illərdir böyük uğur qazanmış belə dərslərdən  biri də Yanvarın 18-də istər məktəbimizin müəllimləri,istər şagirdləri,istərsə də,valideynlər tərəfindən böyük maraqla qarşılandı.Azərbaycan Dövlət Bayrağının nişanlarını başlarında gəzdirdikləri dəyirmi baş geyimlərinə həkk etmiş "Kimlik"komandasının üzvləri təkcə 20 Yanvar deyil, Azərbaycanın bütün şəhidlərini bir dəqiqəlik sükutla yad etdilər.Ekranda göstərilən videoçarx ,səslənən mahnılar hamını kövrəltdi.Sonra isə böyük iftixarla vurğulanan Şanlı Zəfər Günü haqqındakı videoçarx üzlərdəki qəhəri  qürur ifadəsinə, gözlərdəki kədəri  sevincdən yaranmış göz yaşlarına çevirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi