20 YANVAR XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR

    Məktəbin kitabxanasında  ingilis dili müəllimi Yeganə Ələkbərova, kitabxanaçılar və Uşaq Birliyi Rəhbərinin təşkilatçılığı ilə 4"A", 4"B", 4"C" sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. Şagirdlər İlk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra mütaliə etdikləri əsərlərdə qəhrəman obrazlara münasibət bildiriblər. Məktəbin kitabxanaçıları müzakirə zamanı bildiriblər ki,  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Şagirdlər qəhrəman şəhidlərimizi hörmətlə yad ediblər. Sonda söylədikləri şeirlərdə, təqdimatlarda  20 Yanvar şəhidlərinin Azərbaycan xalqı üçün örnək, qəhrəmanlıq  məktəbi olduğunu bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi