20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

Məktəbin tarix müəllimləri İrina Beydiyeva və Leyla Mənsimovanın təşkilatçılığı ilə 8”C” və 8”Ç” siniflərində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş “Qanlı Yanvar” adlı dəyirmi masa keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Azərbaycanımızın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilib. Müəllimlər 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat veriblər. Şagirdlərə bildirilib ki, 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsini törədənlərin tarix qarşısında cavab verəcəklərini bildiriblər. Sonda faciəni özündə əks etdirən videoçarx izlənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi