“Azadlıq verilmir, vətənin igid, mərd övladlarının qanı bahasına alınır”

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva İlahənin təşkilatçılığı ilə 8"A", 8"C"siniflərində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş “Azadlıq verilmir, vətənin igid, mərd övladlarının qanı bahasına alınır” mövzusunda inşa müsabiqəsi keçirilib. Şagirdlər yazılarında müstəqilliyimiz, azadlığımız uğrunda şəhid olan xalqımızın mərd oğul və qızlarınının şücaətindən, qəhrəmanlıq əzmindən yazıblar. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırladıqlarını bildiriblər.