"İntihara yox!" adlı maarifləndirici söhbət aparılıb

    Məktəbdə psixoloqlar Gülsənəm Bayramlı və Gültəkin İskəndərova 8b sinfində şagirdlərlə "İntihara yox!" adlı maarifləndirici söhbət aparıblar. İlk öncə müzakirə olunan mövzu ilə bağlı videoçarx nümayiş olunub. Şagirdlərin fikirləri dinlənilib. Şagirdlərə bildirilib ki, intihara səbəb gənclərin müəyyən səbəblərdən ailədə, istərsə də sosial çevrədə özlərini isbat etməyə meyilliliyi olur. İstədikləri baş tutmadıqda ümidsizliyə qapılırlar, depressiyalarla üzləşirlər. Sonda mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb və verilən suallar cavablandırılıb. Psixoloqlar şagirdlərə bildiriblər ki, sizlər sağlam düşüncəli, müsbət keyfiyyətlərlə zəngin, öz haqq və hüquqlarını bilən uğurlu, ailəyə, millətinə, ölkəsinə layiqli vətəndaş olmalısınız. Söhbətin sonunda şagirdlərin emosional sferasını öyrənmək üçün müxtəlif tapşırıqlar verilib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi