MƏKTƏBDƏ GENETİK BAXIMDAN DƏYİŞDİRİLMİŞ (GM) QİDA VƏ QİDA TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Məktəbin biologiya müəllimi Mehriban Məmmədova “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025 -ci illər üçün Dövlət Proqramı”nın tədrisdə icrası ilə əlaqədər 8ç sinif şagirdlərinin iştirakı ilə “Genetik baxımdan dəyişdirilmiş qida və qida təhlükəsizliyi “ mövzusunda dəyirmi masa keçirib. Şagirdlər müzakirələr zamanı bildiriblər ki, hazırda genetik baxımdan tərkibi dəyişdirilmiş qidanın verəcəyi nəticələr və GM məhsullarının gələcək təhlükəsizlik aspektləri hələ məlum deyildir. Adi məhsulların GM (tərkibi dəyişdirilmiş) məhsulları ilə qarışığından alınacaq məhsulların qida təhlükəsizliyinə və qida məhsullarının təhlükəsizliyinə göstərəcək dolayı təsirləri ola bilər. Bu, həqiqi bir riskdir və onun barədə hökumətlər mütləq düşünməlidirlər. Sonda müəllim bildirib ki, qida təhlükəsizliyi sadəcə kasıblıqla bağlı məsələ deyildir, özündə bütöv qida sistemini ehtiva edən və hər birimizə bu və ya digər yolla təsir edən daha qlobal problemdir.